İrakli Kobaxidze Asiya İnkişaf Bankının prezidenti ilə görüşdü
İrakli Kobaxidze Asiya İnkişaf Bankının prezidenti ilə görüşdü

Gürcüstanın Baş naziri İrakli Kobaxidze AİB-in 57-ci illik iclası çərçivəsində Tbilisidə səfərdə olan Asiya İnkişaf Bankının (AİB) prezidenti Masatsuqu Asakava ilə görüşdü.

Baş nazirin mətbuat xidmətinin məlumatına əsasən, hökumət başçısı Masatsuqu Asakavaya səfərinə görə təşəkkür edib və Bankın illik iclasının Gürcüstanda keçirilməsinin əhəmiyyətindən danışıb.

“Həm ictimai, həm də özəl sektorda infrastruktur, enerji və təhsil sahələridə daxil olmaqla, ölkə üçün strateji istiqamətlərin maliyyələşdirilməsi baxımından AİB-in xüsusi dəstəyi qeyd edildi. Gürcüstan və AİB arasında 2024-2028-ci illər üzrə əməkdaşlıq Strategiyasının (CPS) Gürcüstanın davamlı inkişafının təşviqini daşıdığı deyilib.

Ölkədə iqtisadi tərəqqiyə və bu baxımdan müsbət tendensiyalara diqqət yetirilib.

Qeyd edildi ki, Gürcüstan hökuməti struktur islahatlarını və strateji layihələrin həyata keçirilməsini davam etdirir. Söhbət zamanı Gürcüstanın tranzit rolunu gücləndirmək məqsədi daşıyan irimiqyaslı layihələrə toxunuldu.

Bu gün Gürcüstanda Asiya İnkişaf Bankının (AİB) maliyyə dəstəyi ilə ümumi dəyəri 1,9 milyard ABŞ dolları dəyərində olan 16 aktiv investisiya layihəsi həyata keçirilir”, – məlumatda qeyd edilib.