İrakli Kobaxidze - Araxamia mütəmadi olaraq yalanlar yayırdı, ölkəndə yüzlərlə insan ölərkən və sənin bu cür şeylərə vaxtın varsa, bütün bunlar sənin vicdansızlığından xəbər verir
İrakli Kobaxidze - Araxamia mütəmadi olaraq yalanlar yayırdı, ölkəndə yüzlərlə insan ölərkən və sənin bu cür şeylərə vaxtın varsa, bütün bunlar sənin vicdansızlığından xəbər verir

 

Araxamia haqqında heç bir şəkildə ciddi söhbət ola bilməz, -bu barədə parlament çoxluğunun lideri, “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze jurnalistlərə bildirib.

Davit Araxamianın Gürcüstan hökumətinin Rusiyaya sanksiyalardan yan keçməsinə kömək etməsi ilə bağlı bəyanatı, eləcə də Bidzina İvanişvilinin əlaqələri ilə bağlı bəyanatına dair ünvanlanan suala, İrakli Kobaxidze cavabında Davit Araxamianın bütün bu müddət ərzində yalanlar yaydığını bildirib.

“Məlum oldu ki, o, bütün bu müddət ərzində mütəmadi olaraq yalanlar yayırdı, mən Araxamiadan danışıram. Ölkəndə hər gün yüzlərlə , mülki və ya hərbi şəxs ölərkən və sənin bu cür şeylərə vaxtın varsa, mən bu ifadəni açıq şəkildə işlədəcəyəm, bütün bunlar sənin vicdansızlığından xəbər verir. Araxamia haqqında heç bir şəkildə ciddi söhbət ola bilməz” – deyə İrakli Kobaxidze bildirib.