İrakli Kobaxidze - Amerika Səfirliyinin ISFED ilə bağlı qeyri-müəyyən açıqlamaları cəmiyyətdəki qeyri-müəyyənliyin keyfiyyətini daha da artırır
İrakli Kobaxidze - Amerika Səfirliyinin ISFED ilə bağlı qeyri-müəyyən açıqlamaları cəmiyyətdəki qeyri-müəyyənliyin keyfiyyətini daha da artırır

 

İctimaiyyət Amerikanın maliyyələşdirdiyi qeyri-hökumət təşkilatının siyasi, radikal proseslərə necə cəlb oluna biləcəyini onsuz da başa düşə bilmir, üstəlik buna Amerika Səfirliyinin bu cür qeyri-müəyyən açıqlamaları əlavə olunduqda, təbii ki, cəmiyyətdəki qeyri-müəyyənliyin keyfiyyəti daha da artır – deyə “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze bildirib.

Kobaxidze İSFED-in ictimaiyyətə inqilabi prosesin iştirakçısı kimi özünü göstərdiyini, bundan əvvəl isə səslərin paralel sayılmasının saxtalaşdırılmasında fəal iştirak etdiyini bildirib.

“Bir sadə səbəbə- ISFED səslərin paralel sayılmasının saxtalaşdırılmasında fəal iştirak etməsinə görə özlərinin də sevərək dedikləri kimi, mənim üçün şokedicidir. Bu təşkilatın vasitəsilə saxtakarlıq edildi, bu olduqca ciddi fakt idi və 2020-ci il seçkilərindən sonra səslərin paralel sayılmasının saxtalaşdırılmasının oynadığı rolu xatırlayırsınız. Parlamenti sabotaj etmək üçün bu radikal müxalifətin əsas dayağı idi. Olduqca ağır fakt idi. İSFED o zaman radikal müxalifətin rəhbərlik etdiyi inqilabi proseslərdə birbaşa iştirak edirdi. Bundan sonra isə biz artıq İSFED-i parlamentin qarşısındakı səhnədə görürük, səhnədə hökumətin istefası, daha sonra isə texniki hökumətin qurulması ilə bağlı siyasi tələb səslənir. ISFED burada da inqilabi prosesin birgə iştirakçısı kimi özünü göstərmiş oldu. Bundan sonra səfirliyin İSFED-i ən etibarlı təşkilat adlandıraraq işgüzar prosesdə onun iştirak etməsi ilə əlaqədar arzusunu ifadə etməsi bizim üçün təbii ki, təəccüblüdür. Cəmiyyət müəyyən faktlara görə onsuz da qeyri-müəyyənlik içindədir. İctimaiyyət Amerikanın maliyyələşdirdiyi qeyri-hökumət təşkilatının siyasi, radikal proseslərə necə cəlb oluna biləcəyini onsuz da başa düşə bilmir, üstəlik buna Amerika Səfirliyinin bu cür qeyri-müəyyən açıqlamaları əlavə olunduqda, təbii ki, cəmiyyətdəki qeyri-müəyyənliyin keyfiyyəti daha da artır” -deyə Kobaxidze bildirib.

Avqustun 19-da Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı Səfirliyi bəyanat yayıb və bəyanatda, parlamentin seçki islahatları üzrə işçi qrupunda İSFED-in iştirakına icazənin verilməməsinin parlamentin seçki islahatları prosesinin səmimiliyi ilə bağlı suallar doğurduğu deyilir.