İrakli Kobaxidze - Altı ayın göstəricilərinə əsasən, 9%-lik iqtisadi artım qeydə alındı, hər şey bu il iqtisadi artımın keçən ilki göstəricisini yaxşılaşdıra biləcəyimizə işarə edir
İrakli Kobaxidze - Altı ayın göstəricilərinə əsasən, 9%-lik iqtisadi artım qeydə alındı, hər şey bu il iqtisadi artımın keçən ilki göstəricisini yaxşılaşdıra biləcəyimizə işarə edir

 

Bu il iqtisadi artımın keçən ilki göstəricisini yaxşılaşdıra bilərik. Bunun üçün hər şey edilməlidir – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında bildirib.

Baş nazir, altı ayın göstəricilərinə əsasən, 9%-lik iqtisadi artımın qeydə alındığını, bunun da təkcə regionda deyil, Avropa miqyasında ən yaxşı göstərici olduğunu bildirib.

“Dünən iqtisadi artımın göstəriciləri dərc edildi və altı ayın göstəricisi-9%-lik iqtisadi artım qeydə alınıb, bu da təkcə regionda deyil, Avropa miqyasında ən yaxşı göstəricidir. Bizim əsas vəzifələrimizdən biri iqtisadi artımın yüksək tempini qoruyub saxlamaqdır. İqtisadi artım ölkənin bütün istiqamətlərdə inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşması deməkdir və sonrakı aylar ərzində də iqtisadi artımın yüksək tempini qoruyub saxlamaq fəaliyyətimizin əsas vəzifələrindən olacaqdır. Hər şey bu il iqtisadi artımın keçən ilki göstəricisini yaxşılaşdıra biləcəyimizə işarə edir. Bunun üçün hər şey edilməlidir” – deyə baş nazir bildirib.