İrakli Kobaxidze Almaniya Bundestaqının vitse-prezidenti ilə görüşdü
Cenevrədə, səfər çərçivəsində olan Gürcüstan parlamentinin sədri, İrakli Kobaxidze Almaniya Federativ Respublikası Bundestaqının vitse-prezidenti, Klaudia Rot ilə görüşdü.
Parlamentin mətbuat xidmətinin məlumatına görə, yüksək səviyyəli görüşdə Federativ Respublika Bundestaqının vitse-prezidenti, Gürcüstana qarşı dəstəyini bir daha qeyd etdi.
Parlamentin sədri Almaniya tərəfindən Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəstəyinə görə minnətdarlığını bildirdi.
Gürcüstanın xarici prioritetləri haqqında söhbət edərkən, İrakli Kobaxidze qeyd etdi ki, Avropa və Avroatlantik strukturlarına inteqrasiya, ölkənin ən önəmli xarici siyasi prioritetidir.
Tərəflər Gürcüstan və Almaniya arasında mövcud olan ikitərəfli əlaqələr və bu əlaqələrin daha da dərinləşdirilməsi barəsində danışdılar.
İrakli Kobaxidze Klaudia Rotu Gürcüstan Parlamentinin fəaliyyəti ilə tanış etdi.
Məlumatı Parlamentin mətbuat xidməti yayır.