İrakli Kobaxidze - Acaranın vahid qəyyumlar şurasında təmsilçiliyi birdən üçə yüksəlib, müvafiq olaraq Acaranın maraqları İctimai Yayımçıda lazımi qaydada qorunacaq və ifadə olunacaq
Acaranın İctimai Yayımçının Qəyyumlar Şurasında təmsilçiliyi birdən üçə yüksəlib-bu barədə “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze açıqlayıb.
İrakli Kobaxidzenin qeyd etdiyi kimi, Acara Yayımçısının Məsləhətçilər Şurasını Qəyyumlar Şurası belə adlandıra bilməyiblər, struktur institusional olaraq o qədər səhv formalaşıbmış.
“Əslində institusional baxımdan düzgün qurulmamış münasibətlər var idi, bu şura belə deyildi. Bildiyiniz kimi, İctimai Yayımçının Şurası, Qəyyumlar Şurası var. Acara Yayımçısına gəlincə, adını Qəyyumlar Şurası belə adlandıra bilmədilər, struktur institusional olaraq o qədər səhv formalaşıb. Sonda hər şey lazimi qaydada tənzimləndi, məsələyə daha çox bələd olan insanlarla məsləhətləşdik. Məsləhətçilər Şurasının ləğvi barədə qərar qəbul edilib, əvəzində Acaranın vahid qəyyumlar şurasında təmsilçiliyi birdən üçə yüksəlib, müvafiq olaraq Acaranın maraqları İctimai Yayımçıda lazımi qaydada qorunacaq və ifadə olunacaq”-deyə Kobaxidze açıqlayıb.