İrakli Kobaxidze - ailəni Saakaşvilinin siyasi deyil, obyektiv maraqlarına əsasən hərəkət etməyə çağırırıq
Biz qətiyyətlə ailə üzvlərini Mixeil Saakaşvilini adekvat kalorili qida ilə təmin etməyə çağırırıq. Bizim edə biləcəyimiz yeganə şey budur. O ki qaldı dövlətin məsuliyyətinə, dövlət məhz öz məsuliyyəti ilə hərəkət edir – bu barədə “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze açıqlayıb.
Kobaxidze bildirib ki, bütün məhbuslara, o cümlədən məhbus Saakaşviliyə bütün lazımi tibbi və digər xidmətlər göstərilir.
“Bu, bizim məsuliyyətimizdir. Ailəyə və yaxın ətrafına gəlincə, adekvat kalorili qida ilə təmin etmək onların məsuliyyətidir. Aydındır, biz başa düşürük ki, Saakaşvilinin özü tələb edir, siyasi baxımdan bu gün o bunda maraqlıdır, onun özü az kalorili yemək gətirməyi tələb edir, lakin ailənin öz məsuliyyəti var, müvafiq olaraq ailəni Saakaşvilinin siyasi deyil, obyektiv maraqlarına əsasən hərəkət etməyə çağırırıq” -deyə Kobaxidze açıqlayıb.