İrakli Kobaxidze – Aİ və NATO-ya inteqrasiya bizim gündəmimiz və konstitusiya vəzifəmizdir
Avropa İttifaqı və NATO-ya inteqrasiya bizim gündəmimiz və konstitusiya vəzifəmizdir, xarici siyasət baxımından bizim aydın prioritetlərimiz var, – deyə “Gürcü arzusu”nun sədri İrakli Kobaxidze bildirib.
Onun sözlərinə görə, hökumət Avro-Atlantik istiqamətdə irəliləyiş əldə etmək üçün əlindən gələni edir.
“Gürcüstan davamlı olaraq bütün istiqamətlərdə islahatlar həyata keçirir və siz 2012-ci ildən 2021-ci ilə qədər bütün istiqamətlərdə nə qədər irəliləyiş əldə olunduğunu görə bilərsiniz. Təbii ki, düzgün istiqamətdə irəliləmək, islahatlar aparmaq bundan sonra da davam edəcək, bizim gündəmimiz budur. Bizim çox aydın baxışımız və siyasətimiz var. 2012-ci ildən biz təhlükəsizlik, o cümlədən təhlükəsizlik baxımından əsaslı irəliləyiş əldə etmişik. Yadınızdadırmı, ölkəmiz xüsusilə 2008-2012-ci illərdə Rusiya-Gürcüstan müharibəsindən sonra nə qədər həssas idi. O vaxtdan bəri vəziyyət kökündən dəyişdi və təhlükəsizlik vəziyyəti kökündən yaxşılaşdı. Əlbəttə, ciddi risklər qalır, xüsusən də gördüklərimiz fonunda, o cümlədən Ukrayna ilə bağlı, lakin hökumət ölkədə təhlükəsizliyin yüksək standartını qorumaq üçün əlindən gələni edir. Bu istiqamətdə səylər davam edəcək və daha da gücləndiriləcək”, – Kobaxidze bildirib.
İrakli Kobaxidzenin sözlərinə görə, Gürcüstanın NATO ilə bağlı öz gündəmi var.
“Biz hamımız yaxşı bilirik ki, Avropa İttifaqı və NATO-ya inteqrasiya bizim gündəmimiz və hökumətin konstitusiya vəzifəsidir. Bu vəzifə gürcü xalqının iradəsinə əsaslanır. Ona görə də bizim siyasətimiz olduğu kimi qalacaq. Xarici siyasət baxımından bizim aydın prioritetlərimiz var və bu prioritetlər çərçivəsində ölkəmizin təhlükəsizliyinin qorunması və ölkənin Qərbə inteqrasiya ilə bağlı bütün sahələrdə irəliyə doğru getməsi üçün hər bir addım atılacaq”, – Kobaxidze bildirib.a