İrakli Kobaxidze - Aİ-nin Gürcüstanın namizədliyinə yox cavabı vermək üçün, üstəlik Ukrayna və Moldovaya namizəd statusu verməsi halında heç bir səbəbi yoxdur
İrakli Kobaxidze - Aİ-nin Gürcüstanın namizədliyinə yox cavabı vermək üçün, üstəlik Ukrayna və Moldovaya namizəd statusu verməsi halında heç bir səbəbi yoxdur

 
Aİ-nin Gürcüstanın namizədliyinə yox cavabı vermək üçün, üstəlik Ukrayna və Moldovaya namizəd statusu verməsi halında heç bir səbəbi yoxdur-bu barədə “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze bildirib.

Kobaxidzenin də qeyd etdiyi kimi, Gürcüstan “Gürcü Arzusu” hakimiyyəti şəraitində Aİ-yə inteqrasiya baxımından bütün nəzərəçarpacaq nəticələrə nail olub.

Onun sözlərinə görə, Gürcüstan bütün müvafiq parametrlər üzrə hər iki aplikant ölkəni qabaqlayır.

“Bildiyiniz kimi, radikal müxalifət Gürcüstanın Aİ üzvlüyünə namizəd statusuna layiq olmadığı barədə açıq şəkildə danışmağa davam edir. Məlum olduğu kimi, xarici həmkarları ilə də eyni mesajla danışırlar. Onların məqsədi və hesablaması sadədir: iyunun sonunda Gürcüstana Ukrayna və Moldovadan fərqli olaraq Aİ-yə namizəd statusu verilməməlidir ki, bu da onların planına görə ictimai iğtişaşlar, “Milli Hərəkat” və onun peykləri tərəfindən dövlət çevrilişi və Gürcüstanın müharibəyə cəlb edilməsi ilə nəticələnəcək.

Məlumdur ki, Aİ-nin Gürcüstanın namizədliyinə yox cavabı vermək üçün, üstəlik Ukrayna və Moldovaya namizəd statusu verməsi halında heç bir səbəbi yoxdur. Xatırlatmaq istərdik ki, Gürcüstan məzh bizim hakimiyyətimiz dövründə Aİ-yə inteqrasiya baxımından bütün istiqamətlərdə nəzərəçarpacaq nəticələrə nail olub. Məhz “Gürcü Arzusu”nun hakimiyyəti şəraitində biz Avropa İttifaqı ilə Assosiasiya Sazişi və Azad Ticarət Sazişi imzaladıq və vizasız rejim qəbul etdik.

Gürcüstan bütün müvafiq parametrlər üzrə hər iki aplikant ölkəni qabaqlayır, bunu heç kim inkar edə bilməz. Onların arasında Gürcüstan artıq Assosiasiya sazişi üzrə öhdəliklərinin 45 faizini yerinə yetirib ki, bu da görünməmiş nəticədir. Bu göstəricilərlə Gürcüstan təkcə Ukrayna və Moldovanı deyil, həm də artıq namizəd statusu olan bəzi ölkələri qabaqlayır” -deyə Kobaxidze bildirib.

Onun sözlərinə görə, Aİ namizəd statusu verməklə Gürcüstana bir avro belə artıq vəsait xərcləmir.

“Bildiyiniz kimi, namizəd statusu Aİ-ni Gürcüstana əlavə hər hansı bir maliyyə ayırmağa məcbur etmir. Həmçinin, Aİ namizəd ölkəni konkret müddət ərzində Aİ üzvlüyünə qəbul etməklə bağlı hər hansı bir öhdəlik üzərinə götürmür. Bildiyiniz kimi, Türkiyəyə 23 il əvvəl namizəd statusu verilib, lakin indiki mərhələdə onun Avropa Birliyinə üzvlük məsələsi gündəmdə deyil. Şimali Makedoniyaya 17 il, Monteneqroya 12 il, Serbiyaya 10, Albaniyaya isə 8 il əvvəl namizəd statusu verilib.

Bununla yanaşı, üzvlüklə bağlı rəsmi danışıqlar hazırda yalnız Serbiya və Monteneqro ilə aparılır. Bir neçə gün əvvəl Fransanın Avropa məsələləri üzrə naziri Ukrayna haqqında açıq şəkildə bəyan etdi ki, onun Aİ-yə daxil olması ən azı 10-15 il çəkəcək. Nəzərə alsaq ki, namizəd statusu Aİ-nin üzərinə heç bir maliyyələşdirmə və ya üzvlüyə dair öhdəlik qoymur, ölkəmiz və hakimiyyətimizin üzvlük öhdəliklərini yerinə yetirilməsi baxımından fərqləndiyi halda, Gürcüstan dövləti və gürcü xalqına statusla bağlı niyə yox cavabının veriləcəyi anlaşılmazdır.

Gürcüstan, Ukrayna və Moldovaya Aİ-yə namizəd ölkə statusunun verilməsi təbii olaraq iki aspektdə mühüm siyasi mesaj verəcək: birincisi, Aİ əraziləri Rusiyanın işğalı altında olan üç ölkəyə həmrəyliyini ifadə edəcək; İkincisi, Aİ namizəd statusu verməklə Rusiyanın reaksiyasından qorxmadığını bildirəcək və üç ölkəni dəstəkləməkdə prinsipial mövqe tutur. Aİ-nin əks mesaj göndərməsinin nəyə faydalı ola biləcəyi tamamilə anlaşılmazdır. Bu, Aİ-yə namizəd statusundan imtinanın tamamilə məntiqsiz olmasının başqa bir səbəbidir. Bu, Ukrayna hakimiyyətinin Gürcüstandan səfiri geri çağırması kimi Avropa İttifaqının məntiqsiz qərarı olardı.

Gürcü siyasətinin qütbləşməsində əsas rol oynayan və Rustavi 2 televiziyasının 7 milyon vəsaitini soyan, 9 illik kriminal rejimin əsas yaradıcılarından və ideoloqlarından biri olan, dövlətinə düşmən kəsilən və dkilsəni söyən cinayətkara görə Aİ-nin Gürcüstanın namizədliyinə yox cavabı verəcəyi ilə bağlı danışılanalar sadəcə olaraq gülüş doğurur və ciddi müzakirə edilməməlidir”-deyə Kobaxidze bildirib.

Onun sözlərinə görə, “Müharibə Partiyası” və onun xarici lobbiçiləri ümidini itirmir və Gürcüstanın namizəd statusu almaması üçün fəal mübarizə aparır.

“Buradaca onu da xatırlatmaq istəyirəm ki, Ukraynada əvvəlki iki prezidentə qarşı cinayət işi başlanıb. Moldovada keçmiş prezidentə qarşı Moldovanın Aİ-yə üzvlük üçün müraciətindən sonra cinayət işi başlanıb. Həmçinin, Moldovanın keçmiş prezidenti işin başlanmasından bir neçə gün sonra həbs edilib. Hamı yaxşı bilir ki, Saakaşvili və Qvaramiya Petro Poroşenkodan, Viktor Yanukoviçdən, İqor Dodondan qat-qat ağır cinayətlərdə ifşa olunub və ya ittiham olunurlar. Buna baxmayaraq, “Müharibə Partiyası” və onun xarici lobbiçiləri nədənsə ümidini itirmir və Gürcüstanın namizəd statusu almaması üçün fəal mübarizə aparır.

Artıq qeyd etdiyimiz kimi, radikalları və onların xarici lobbiçilərinin hesabı asandır, Gürcüstan namizəd statusu almamalı, bu ictimai iğtişaşlar, “Milli Hərəkat” tərəfindən dövlət çevrilişi və Gürcüstanın müharibəyə cəlb edilməsi ilə müşaiyət edilməlidir. Biz cəmiyyətə söz veririk ki, Bakuriani toplantısının təşkilatçıları və iştirakçılarının, Yeni Şulaveri Komitəsinin, müharibə və xəyanət partiyasının bu ssenarisi Gürcüstanda həyata keçirilməyəcək və onların bütün əvvəlki hakimiyyəti devirmək cəhdləri kimi qarşısı alınacaq. Gürcüstan dövlətdir və onun ölkəmizdə heç bir iğtişaş və müharibəyə yol verməyən hakimiyyəti var. Əks məqsədləri olan hər kəsə cəmiyyət və hakimiyyət tərəfindən layiqli cavab veriləcək” -deyə Kobaxidze bildirib.