İrakli Kobaxidze - ABŞ Gürcüstan vətəndaşlarına münasibətdə olduqca sərt viza siyasəti yürüdür, 2021-ci ildə Rusiya vətəndaşlarının müraciətlərinin 71 faizini, Gürcüstan vətəndaşlarının isə 37 faizini təmin edib
İrakli Kobaxidze - ABŞ Gürcüstan vətəndaşlarına münasibətdə olduqca sərt viza siyasəti yürüdür, 2021-ci ildə Rusiya vətəndaşlarının müraciətlərinin 71 faizini, Gürcüstan vətəndaşlarının isə 37 faizini təmin edib

 
Ölkənin demoqrafik tendensiyalarının yaxşılaşmasına həqiqətən qayğı göstərən spekulyasiyalarla yox, işgüzar təkliflər təqdim etməklə məşğul olmalıdır-bu barədə parlament əksəriyyətinin lideri, “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze sosial şəbəkədə yazır.

İqtisadi cəhətdən güclü ölkə iqtisadi cəhətdən zəif olan ölkənin əhalisi üçün viza rejimini sadələşdirəndə təbii ki, bu fakt əhalinin xaricə axınına şərait yaradır.

Məsələn, Avropa İttifaqına daxil olduqdan və vizasız səyahət rejimi tətbiq edildikdən sonra Litvada əhali 600 min nəfər azalaraq 3,4 milyondan 2,8 milyona, Latviyada isə 400 min nəfər azalaraq 2,3 milyondan 1,9 milyon nəfərə düşüb. Bununla yanaşı ölkəni tərk edən litvalıların və latviyalıların böyük əksəriyyəti gənclər olub.

Bu fonda Gürcüstanın maksimal şəkildə optimal göstəriciləri var. Belə ki, Avropa İttifaqında vizasız səyahət rejiminin qəbulundan sonra 2018-21-ci illərdə mənfi miqrasiya saldosu cəmi 29 min nəfər təşkil edib, yəni dörd ildə ölkəni daxil olanlardan cəmi 29 min nəfər çox tərk edib. (müqayisə üçün qeyd edək ki, əvvəlki hakimiyyətin dövründə, 2004-12-ci illərdə Gürcüstan vətəndaşları Avropa İttifaqında vizasız səyahət rejimindən istifadə edə bilməyəndə mənfi miqrasiya saldosu 221 min təşkil edib).

Avropa İttifaqı ilə vizasız səyahət rejimi olmasaydı, əminliklə demək olar ki, 2018-21-ci illərdə Gürcüstanda mənfi yox, müsbət miqrasiya saldosu olardı.

ABŞ Gürcüstan vətəndaşlarına münasibətdə olduqca sərt viza siyasəti yürüdür. Məsələn, 2021-ci ildə ABŞ Rusiya vətəndaşlarının viza müraciətlərinin 71 faizini, Gürcüstan vətəndaşlarının isə yalnız 37 faizini təmin edib (https://ukvisa.blog/2019/08/01/usa-visa-refusal-rate/). Təbii ki, bu hal Gürcüstan vətəndaşları üçün ciddi narahatlıqlar yaradır, o cümlədən insanların bir hissəsini riskə getməyə və Meksika vasitəsilə ABŞ-a keçməyə məcbur edir. Lakin, digər tərəfdən, sərt viza siyasəti gürcülərin Gürcüstandan ABŞ-a mühacirətə getməsinə əhəmiyyətli dərəcədə mane olur ki, bu da öz müsbət təsirini göstərir. Təbii ki, ABŞ-ın viza rejimini yumşaltması şəraitində miqrasiya saldosu pisləşəcək.

Yekun olaraq demək olar ki, Gürcüstanın demoqrafik vəziyyəti və tendensiyaları ciddi diqqət tələb edir. Lakin, bu mövzuda spekulyativ və şişirdilmiş açıqlamalar üstünlük təşkil edir, bu da müvafiq cavab tələb edir.

Ölkənin demoqrafik tendensiyalarının yaxşılaşmasına həqiqətən qayğı göstərən spekulyasiyalarla yox, müvafiq işgüzar təkliflər təqdim etməklə məşğul olmalıdır” -deyə İrakli Kobaxidze “Facebook”da yazır.