İrakli Kobaxidze - ABŞ dövlət katibinin müavini Uzra Zeia ilə Gürcüstan-ABŞ münasibətlərinin dinamikası haqqında maraqlı söhbətim oldu
ABŞ dövlət katibinin müavini Uzra Zeia ilə Gürcüstan və ABŞ arasında münasibətlərin dinamikası ilə bağlı maraqlı söhbətim oldu, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze sosial şəbəkədə yazır.
İrakli Kobaxidze ikitərəfli tərəfdaşlığın təkmilləşdirilməsinin zəruriliyinin vurğulandığını qeyd edir.
“Strateji tərəfdaşlığımızdan fayda əldə etmək üçün ikitərəfli tərəfdaşlığımızı yeniləmək və təkmilləşdirməyə ehtiyac olduğunu vurğuladıq. Biz seçki öncəsi mühitdən və azad, təhlükəsiz və şəffaf seçkilərin təmin edilməsi üçün insan hüquqlarının müdafiəsinin vacibliyindən danışdıq”, – İrakli Kobaxidze qeyd edir.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu gün ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeia ilə görüşdü.