İrakli Kobaxidze ABŞ dövlət katibinin müavini Uzra Zeia ilə görüşdü
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları məsələlərində müavini Uzra Zeia ilə görüşdü.
Baş nazirin mətbuat xidmətinin məlumatına əsasən, görüşdə söhbət ABŞ-Gürcüstan strateji tərəfdaşlığına və uzun illər müxtəlif sahələrdə uğurlu əməkdaşlığa, həmçinin, son zamanlardakı çağırışlara toxunuldu.
Onların məlumatına əsasən, Baş nazir Gürcüstan hakimiyyətinin ikitərəfli münasibətləri yaxşılaşdırmağa hazır olduğunu təsdiqlədi və qeyd etdi ki, bu prosesdə atılan addımlar və praqmatik, rasional, ədalətli yanaşmalar xüsusi əhəmiyyət kəsb edir.
“Görüşdə müzakirə olunacaq məsələlərdən biri də gələcək parlament seçkiləri və ölkədə mövcud seçkiqabağı mühit olub. Baş nazir bu dəfə də azad, ədalətli, şəffaf seçkilərin və plüralist, beynəlxalq standartlara uyğun seçki mühitinin təmin ediləcəyini vurğuladı”, – deyə məlumatda qeyd olunub.