İrakli Kobaxidze ABŞ-da Elizabet Milard ilə görüşdü
İrakli Kobaxidze ABŞ-da Elizabet Milard ilə görüşdü

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze Amerika Birləşmiş Ştatlarının Dövlət Katibinin birinci müavini Elizabet Milard ilə görüşdü.

Parlamentin mətbuat xidmətinin məlumatına görə, görüşdə ölkələr arasındaki strateji əməkdaşlığın dərinləşməsi haqqında söhbət edildi.

Elizabet Milard gürcü tərəfində Əfqanistanın sülh missiyasında gürcü əsgərlərinin iştirak etməsinə görə təşəkkürünü bildirdi.

Tərəflər Gürcüstan parlamentinin gündəmini müzakirə etdilər və ali qanunverici orqanın institusiya və nəzarət funksiyasının gücləndirilməsi haqqında danışdılar.