İrakli Kobaxidze - ABŞ bizim əsas strateji partnyorumuzdur, biz bu partnyorluğun dərinləşdirlməsi üçün hər şeyi edəcəyik
İrakli Kobaxidze - ABŞ bizim əsas strateji partnyorumuzdur, biz bu partnyorluğun dərinləşdirlməsi üçün hər şeyi edəcəyik

Hər hansı dəstəkləyici akt, ABŞ-Gürcüstan əməkdaşlığını vurğulayan hər hansı bir yüksək səsli sənəd çox əhəmiyyərlidir, – bu barədə jurnalistlərə “Gürcü Arzusu” partiyasının sədri,Parlament çoxluğunun lideri, İrakli Kobaxidze ABŞ Konqresinin Nümayəndələr Palatasının Gürcüstana dəstək aktını təsdiqləməsini şərh edərkən bəyan etdi.

Onun sözlərinə görə, Amerika Birləşmiş Ştatları Gürcüstanın əsas strateji partnyorudur.

“Sözsüz ki, bu strateji partnyorluğu daha da dərinləşdirmək bizim üçün prinsipial əhəmiyyət kəsb edir və bunun üçün həm Gürcüstan, həm də Amerika Birləşmiş Ştatları tərəfindən hər şey edilir. Hər hansı dəstəkləyici akt, ABŞ-Gürcüstan əməkdaşlığını vurğulayan hər hansı bir yüksək səsli sənəd çox əhəmiyyərlidir. Biz bu partnyorluğun dərinləşdirlməsi üçün hər şeyi edəcəyik, – İrakli Kobaxidze bəyan etdi.

ABŞ Konqresinin Nümayəndələr Palatası Gürcüstana dəstək aktını təsdiq etdi. Qanun layihəsini Nümayəndələr Palatasına Gürcüstanın Dostları Qrupunun həmsədrləri konqresmenlər Cerri Konnoli (demokrat) və Adam Kinzinger (respublikaçı) təqdim etdilər.