İrakli Kobaxidze – 31 mart dövlət müstəqilliyimizin bərpasının əsasını qoyan referendum günüdür, bu təbrik olunası tarixdir
Bu gün ölkəmizin ən yaxın tarixində ən mühüm tarixdir. Martın 31-i referendum günü və dövlət müstəqilliyimizin bərpasının əsasını qoyan gündür, -bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
“Əlbəttə, referendum gününün birinci prezidentin doğum gününə təsadüf etməsi simvolikdir. Bu gün dövlətçiliyimizin ən yeni tarixinin başlanğıcını verdi.
Bu, təbrik olunası tarixdir. Xüsusilə qeyd etmək istərdim ki, o vaxt referendum Gürcüstanın bütün ərazisində, o cümlədən Abxaziyada, Tsxinvali bölgəsində keçirilən ən mühüm akt idi”, – deyə İrakli Kobaxidze bildirib.