İrakli Kobaxidze - 26 oktyabr sadəcə seçkilər deyil, həlledici referendumdur, xalq müharibənimi yoxsa sülhümü istədiyini, əxlaqsız təbliğatımı yoxsa ənənəvi dəyərlərimi dəstəklədiyini seçməlidir
İrakli Kobaxidze - 26 oktyabr sadəcə seçkilər deyil, həlledici referendumdur, xalq müharibənimi yoxsa sülhümü istədiyini, əxlaqsız təbliğatımı yoxsa ənənəvi dəyərlərimi dəstəklədiyini seçməlidir

 
Acara və Batumi hər bir gürcü üçün elə bir guşə və şəhərdir ki, hamımızı onunla xüsusi sevgi birləşdirir. Şadam ki, bu gün bu guşə və bu şəhər 12 il əvvəlkindən qat-qat inkişaf edib. Acara və Batuminin daha da gözəlləşməsi və inkişaf etməsi üçün hər şeyi edəcəyik. Bunun üçün isə, ilk növbədə sülhü qorumağımız, ölkəmizin milli maraqlarını möhkəm və ləyaqətlə müdafiə etməyimiz lazımdır – “Gürcü Arzusu”nun seçki qərargahının rəhbəri, baş nazir İrakli Kobaxidze Batumidə seçki kampaniyasının regional tədbirində iştirak edən əhaliyə belə müraciət edib.

O, Gürcüstanı referendum mənası kəsb edən həlledici seçkilərdən iki həftənin uzaqlaşdırdığını bildirib.

“Bir daha yada salmalıyıq ki, bu, sadəcə seçkilər deyil, həlledici referendumdur, gürcü xalqı müharibənimi yoxsa sülhümü istədiyinə, əxlaqsız təbliğatımı yoxsa ənənəvi dəyərlərimi dəstəklədiyinə, qaranlıq keçmişimi yoxsa Gürcüstanın parlaq, Avropalı gələcəyinimi seçməli olduğuna qərar verməlidir” – Kobaxidze bildirib.

Onun qeyd etdiyi kimi, sülh, ənənəvi dəyərlər və Gürcüstanın parlaq gələcəyinin və müvafiq olaraq, “Gürcü Arzusu”nun alternativi yoxdur, məhz buna görə də oktyabrın 26-da seçicilər sülhü qoruyacaq və Gürcüstana inkişaf gətirəcək həlledici seçim etməlidirlər.

“2012-ci ilə qədər Gürcüstanı xarici agentura, vətənsiz siyasətçilərin avtoritar rejimi idarə edirdi, bu rejim özünü bizim yaddaşımızda insanların öldürülməsi və işgəncəyə məruz qoyulması, biznesin reket edilməsi, televiziyaların qəsb edilməsi, seçkilərin saxtalaşdırılması, müharibə və Gürcüstan ərazilərinin 20 faizinin itirilməsi ilə həkk etdi. Bu ağır cinayətlərlə yanaşı, rejim iqtisadi nailiyyətləri ilə də seçilmirdi və 2012-ci ildə “Gürcü Arzusu” onlardan olduqca ağır mirası təhvil aldı” – İrakli Kobaxidze bildirib.