İrakli Kobaxidze - 2030-cu il üçün Aİ-yə üzv olmağa hazır olacaq biri varsa bu məhz iqtidarımızın apardığı siyasətdən irəli gələrək Gürcüstan olacaq
İrakli Kobaxidze - 2030-cu il üçün Aİ-yə üzv olmağa hazır olacaq biri varsa bu məhz iqtidarımızın apardığı siyasətdən irəli gələrək Gürcüstan olacaq

 
2030-cu il üçün Aİ-yə üzv olmağa hazır olacaq biri varsa bu məhz iqtidarımızın apardığı siyasətdən irəli gələrək Gürcüstan olacaq -bu barədə “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze danışıb.

Kobaxidze Şarl Mişelin Avropa İttifaqının 2030-cu il üçün genişlənməyə hazır olacağına dair verdiyi bəyanatına münasibət bildirib.

“Bu bəyanatın müsbət və mənfi tərəfləri var idi. Ümumiyyətlə, konkret tarix və ildən bəhs edilməsi vacib idi, hərçənd bu bəyanat bir az ümumi idi və bu, 2030-un kimə şamil olunacağı maraqlıdır, çünki 12-18 il əvvəl status almış Aİ-yə namizəd ölkələr var, əgər söhbət yalnız bu ölkələrdən gedirsə, bu Balkan ölkələrinə aiddir. Hansısa ölkə 18 il əvvəl namizəd statusu alıbsa və ona yeddi ilə üzv ola biləcəyi vəd edilirsə, bu, böyük nikbinliyə əsas vermir. Gələcəkdə 2030-cu ilin namizəd statusu olan və ya yaxın gələcəkdə onu alacaq bütün ölkələr üçün aktual tarix olduğunun dəqiqləşdiriləcəyinə ümidvaram”- Kobaxidze bildirib.

Bundan əlavə, İrakli Kobaxidze Gürcüstanın namizəd statusu alması üçün hər şeyin ediləcəyini bildirib.

“Biz 12 bəndin icrasında irəliləyiş əldə etmişik, işlər davam edir və yaxın gələcəkdə yekunlaşacaq. Alnımız açıq olacaq və dekabrda bizə namizəd statusu verilməsi üçün hər cür əsas olacaq. Siyasi qərar hər zaman 50-50 olur, görək nə qərar verəcəklər. Ümumiyyətlə, konkret tarixdən bəhs etmək pis hal deyil. Makedoniya 18 il əvvəl , 10-12 il əvvəl isə Monteneqro, Serbiya namizəd oldu, Albaniya, Ukrayna, Moldova, Bosniya bu ölkələr arasında 2030-cu il üçün Gürcüstan iqtisadi artım nöqteyi-nəzərdən Avropa İttifaqına üzv olmağa hamıdan daha hazır olacaq. Bu baxımdan ən sürətli artım bizdədir. 2030-cu il üçün Aİ-yə üzv olmağa hazır olacaq biri varsa bu məhz iqtidarımızın apardığı siyasətdən irəli gələrək Gürcüstan olacaq”- Kobaxidze bildirib.