İrakli Kobaxidze - 2028-ci il üçün orta əmək haqqı 3500 lariyə gədər yüksələcək
İrakli Kobaxidze - 2028-ci il üçün orta əmək haqqı 3500 lariyə gədər yüksələcək

2028-ci il üçün orta əmək haqqı 3500 lariyə qədər artacaq, – bu barədə “Gürcü Arzusu”nun seçki qərargahının rəhbəri, Baş nazir İrakli Kobaxidze seçki proqramının təqdimatı zamanı bildirib.

İrakli Kobaxidzenin bildirdiyinə görə, 2012-ci ilə üçün ölkədə orta əmək haqqı 712,5 lari idi və bugünkü göstəricilərə əsasən, bu göstərici 2005 lariyə gədər yüksəlib.

“Məşğulluqla yanaşı, maaşların artırılması çox vacibdir və bu baxımdan bizim kifayət qədər çətin vəziyyətimiz var idi – 2012-ci il üçün ölkəmizdə orta əmək haqqı 712,5 lari idi. Bugünkü göstəricilərə əsasən, bu göstərici 2005 lariyə qədər yüksəlib. İndi bu göstərici 2000 lariyi keçib. Mövcud tendensiyalar şəraitində, orta əmək haqqı 2028-ci il üçün 3500 lariyə qədər artacaq.

Bu göstəricilərə gəlincə, bu göstəricilər bir sadə səbəbdən yanılmazdır, söhbət 2024-cü ilin göstəricilərindən danışdığımız zaman, bu göstəricilər ölkənin yekun büdcəsində öz əksini tapacaq. İnsanlar gəlir vergisi ödəyirlər, işlə təmin olunanların sayı artır, maaşları, gəlirləri artır və məhz ölkə büdcəsi də belə artır. Bu göstəricilər tamamilə yanılmazdır, 3500 larinin tamamilə real proqnoz olduğu kimi, bu barədə 2028-ci il üçün danışa bilərik”, – deyə İrakli Kobaxidze bildirib.