İrakli Kobaxidze - 2025-ci ilin sonunadək əlavə 400-dək yaşayış məntəqəsinə təbii qaz veriləcək, bunun nəticəsində də 57 min əlavə abonent şəbəkəyə qoşulacaq
İrakli Kobaxidze - 2025-ci ilin sonunadək əlavə 400-dək yaşayış məntəqəsinə təbii qaz veriləcək, bunun nəticəsində də 57 min əlavə abonent şəbəkəyə qoşulacaq

 
Büdcədən maliyyələşən 2013-cü ilin bölgələrin qazlaşdırma proqramı nəticəsində 377 mindən çox əlavə abonent təbii qaz təchizatı şəbəkəsinə qoşuldu, bu da çox mühüm nailiyyətdir və bundan bir çox həmvətənlərimiz faydalanır – bu haqda Gürcüstanın Baş naziri Energetika Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.

Hökumət başçısının qeyd etdiyi kimi, 2025-ci ilin sonunadək əlavə 400-dək yaşayış məntəqəsinə təbii qaz veriləcək, bunun nəticəsində də 57 min əlavə abonent şəbəkəyə qoşulacaq.

“Gürcüstanın Avropa İttifaqına qoşulma prosesində enerji sektorunun töhfəsini ayrıca qeyd etmək lazımdır. 2016-cı ildə Gürcüstan Enerji İttifaqına üzv oldu və o vaxtdan bir çox islahatlar həyata keçirilib, nəticədə də Gürcüstanın bu sahədə qanunvericiliyi Avropa İttifaqının qanunvericiliyinə yaxınlaşıb.

İqtisadiyyat Nazirliyinin bütün komandasına, şəxsən iqtisadiyyat və dayanıqlı inkişaf naziri, birinci vitse-baş nazir Levan Davitaşviliyə sektora uğurlu rəhbərlik və enerjinin inkişafına verdiyi xüsusi töhfəyə görə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Bu illərdə energetika sektorunun qazandığı tərəqqi hər bir sahə mütəxəssisinin, hər bir energetika işçisinin xidmətidir. Bir daha hər birinizə, ölkəmizin enerji təhlükəsizliyinin və dayanıqlığının təmin edilməsinə xüsusi töhfə verən hər bir peşəkara təşəkkür etmək istəyirəm. Bir daha buna görə çox sağ olun və sizi peşə gününüz münasibətilə bir daha təbrik edirəm” – İrakli Kobaxidze bildirib.