İrakli Kobaxidze - 2012-ci ildən sonra Gürcüstanda demokratiya və insan haqları nöqteyi-nəzərdən vəziyyət əsaslı şəkildə dəyişib, bu da bütün obyektiv göstəricilərdə əks olunub
2012-ci ildən sonra ölkədə demokratiya və insan haqları nöqteyi-nəzərdən vəziyyət əsaslı şəkildə dəyişib və son nəticədə bu, beynəlxalq təşkilatların dərc etdiyi bütün obyektiv göstəricilərdə öz əksini tapıb-bu barədə “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze açıqlayıb.
Kobaxidze demokratik inkişaf, iqtisadi məsələlər, korrupsiya ilə mübarizə istiqamətində Gürcüstanın regionda qabaqcıl olduğunu bildirib.
“Baş nazir illik hesabatı təqdim edərkən biz bütün istiqamətlər üzrə müxtəlif göstəricilərdən danışdıq, istər demokratik inkişaf, istər iqtisadi məsələlər, korrupsiyaya qarşı mübarizə və s. olsun. Ölkəmiz regionda hər yerdə irəlidədir və bu bir tək regionla əhatələnmir. Bir çox hallarda biz bir sıra Aİ ölkələrini qabaqlayırıq. Bu, 2012-ci ilin demokratik keçidinin gətirdiyi real mənzərədir. Demokratiya və insan haqları nöqteyi-nəzərdən vəziyyət əsaslı şəkildə dəyişib və son nəticədə bu, yüksək səriştəli beynəlxalq təşkilatların dərc etdiyi bütün obyektiv göstəricilərdə öz əksini tapıb”- deyə İrakli Kobaxidze açıqlayıb.