İrakli Kobaxidze - 2008-ci ilin avqustun 10-da Saakaşvili birtərəfli qaydada atəşkəs elan etdi, iki günə heç kim silahla kömək edə bilməzdi və belə bir şey heç olmadı da, bəziləri spekulyasiya ilə məşğuldur
2008-ci ildə Gürcüstan heç kimdən hərbi yardım almayıb, – bu barədə “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze açıqlayıb.
“Vaxtilə Ukrayna hökuməti Svaneti dağlarında gürcü qaçqınların evakuasiyasına kömək etdi, 1993-cü ildə Gürcüstana ən güclü humanitar yardımı göstərib, eləcə də 2008-ci ildə Gürcüstan hökumətinə hərbi texniki və siyasi yardım göstərib”-deyə Ukrayna Məsələləri üzrə Gürcüstandakı müvəqqəti nümayəndə Andrei Kasianovun bəyanatını Kobaxidze şərh edib.
İrakli Kobaxidze 2008-ci ilin müharibəsinin iki gün davam etdiyini bildirib və qeyd edib ki, bu müddət ərzində heç kim ölkəyə silahla kömək edə bilməzdi.
“2008-ci ilin müharibəsi iki gün davam etdi. O, avqustun 8-də başladı və avqustun 10-da Mixeil Saakaşvili birtərəfli qaydada atəşkəs elan etdi. Bu iki gündə heç kim bizə kömək edə bilməzdi və heç kimdən belə bir şey heç olmadı da. Əgər bundan əvvəl hansısa silahlar kommersiya məqsədi ilə alınıb-satılırdısa, bu başqa şeydir. 2008-ci ildə Gürcüstan heç kimdən hərbi yardım almayıb, ala da bilməzdi, çünki iki günə heç kim silahla kömək edə bilməzdi. Ona görə də bu haqda danışmaq nağıldır. Bəzi insanlar spekulyasiya ilə məşğuldur və bu, bizə maraqlı gəlmir. Əsas odur ki, kimsə ikinci cəbhəyə çağırış edərkən hər kəs tərəfindən buna layiqincə cavab verilsin. Hamı bunu pisləməli və ya Gürcüstanda ikinci cəbhənin açılması ilə bağlı istənilən çağırışa ən azı öz mənfi mövqeyini bildirməlidir. Buna susanlar ən azı ikinci cəbhə ideyasına sadiq hesab edilməlidirlər” – deyə İrakli Kobaxidze açıqlayıb.