İrakli Kobaxidze - 19 apreldə bu çirkli insanlarla müqavilə imzaladıq, bu insanlar jurnalistin ölümü ilə bal toplamağa çalışırlar, siyasi müqaviləni pozurlar, bütün qırmızı xəttləri keçirlər
İrakli Kobaxidze - 19 apreldə bu çirkli insanlarla müqavilə imzaladıq, bu insanlar jurnalistin ölümü ilə bal toplamağa çalışırlar, siyasi müqaviləni pozurlar, bütün qırmızı xəttləri keçirlər

 

19 apreldə bu çirkli insanlarla siyasi  müqavilə imzaladıq. Bu insanlar jurnalistin ölümü ilə bal toplamağa çalışırlar və hər şeyi , siyasi müqaviləni, əxlaqı pozurlar və bütün qırmızı xəttləri keçirlər- deyə bu barədə Gürcü Arzusunun sədri, İrakli Kobaxidze parlamentdə bildirdi. Parlamentdə səs-küy müşahidə olunurdu, mətbuat təşkilatlarının və mülki sektorun nümayəndələri iclas salonuna daxil oldular.

“ Rasional şəkildə desək, 19 apreldə bu çirkli insanlarla de-eskalasiyaya və depolarizasiyaya yönəlmiş siyasi müqavilə imzaladıq. Buna baxmayaraq, bu adamlar jurnalistin ölümü ilə xal toplamağa və bütün bunları etməyə çalışırlar. Onlar hər şeyi siyasi müqaviləni, əxlaqı pozurlar və bütün qırmızı xəttləri keçirlər. Bu mənəviyyatdan uzaqdır, buna cavab veriləcək. Qanun pozulsa hüquqi, geridə qalanlara isə siyasi. İlk əvvəl qeyd edək ki, çoxlu sayda insan reqlamenti pozaraq iclas salonuna daxil olub, buna cavab veriləcək. Destruksiyaya gəlincə, buna başqa cavab veriləcək” -deyə İrakli Kobaxidze qeyd edib.

Parlamentin iclas salonunda fiziki qarşıdurma yaşandı. Hələlik mübahisələr birbaşa plenar salonda davam edir.

Hazırda qarşıdurma millət vəkilləri arasında davam edir. Müxalif millət vəkilləri parlament binasının girişindəki jurnalistlərin salona daxil olmasına icazə verilməsini və operator Lekso Laşkaravanın ölümü ilə bağlı suallar verilməsinə imkan tanınmasını tələb edirlər.