İrakli Kobaxidze - 12 bəndlə bağlı praktiki baxımdan edilə biləcək hər şey parlament çoxluğu tərəfindən edilib
12 bəndlə bağlı praktiki baxımdan edilə biləcək hər şey parlament çoxluğu, hakim komanda tərəfindən edilib-bu barədə “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze açıqlayıb.
İrakli Kobaxidzenin qeyd etdiyi kimi, bu gün qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə 12 tövsiyə ilə bağlı ətraflı müzakirələr aparılacaq.
“Bu gün QHT-nin nümayəndələri ilə görüş keçirilir. Bu görüşdə Avropa İttifaqının səfiri və diplomatik korpus iştirak edir. Bu görüş ölkəmizin əsas xarici siyasi prioritetlərindən biri olan Avropaya inteqrasiya ilə bağlı məsələlərin birgə müzakirəsi baxımından olduqca vacibdir. Bu görüşdə söhbət təkcə namizəd statusu almaqdan, 12 bəndin yerinə yetirilməsindən deyil, ümumiyyətlə, ölkəmizin Avropaya inteqrasiyası istiqamətində atmalı olduğu bütün addımlardan gedir. Bu məsləhətləşmələr, görüşlər vacibdir, bu gün hər bir mövzu üzrə müzakirələr aparılacaq, o cümlədən hər bir bənd üzrə parlament çoxluğunun nümayəndələrinin hesabatı olacaq. Bundan sonra müzakirə keçiriləcək. 12 bəndlə bağlı mövqeyimizi bilirsiniz, iyunun sonuna qədər praktiki baxımdan edilə biləcək hər şey parlament çoxluğu, hakim komanda tərəfindən edilib və biz bugünkü görüşdə bu mövzularla məşğul olacağıq. Bütün mövzular bəndlər üzrə müzakirə olunacaq. Hər bir məsələ ilə bağlı qeyri-hökumət təşkilatları ilə müzakirələr aparacağıq”-deyə Kobaxidze açıqlayıb.