İrakli Kobaxidze - 1000-dən çox hərbi qulluqçuya yeni tikilən binalarda mənzillər veriləcək
İrakli Kobaxidze - 1000-dən çox hərbi qulluqçuya yeni tikilən binalarda mənzillər veriləcək

1000-dən çox hərbi qulluqçuya yeni tikilən binalarda mənzillər veriləcək, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında bildirib.

Baş nazirin söylədiyinə görə, gələn ildən də bunun üçün büdcədə müvafiq vəsait nəzərdə tutulacaq.

“Gürcü ordusuna qayğı Gürcüstan hökumətinin xüsusi prioritetidir və bu baxımdan hərbi qulluqçularımıza verilən qiymətə xüsusi önəm verilir. Bu baxımdan çox mühüm proqram var, 1000-dən çox hərbi qulluqçuya yeni tikilən binalarda mənzillər veriləcək. Bu proqramı uğurla başa çatdırdığı üçün Müdafiə Nazirliyinə, Müdafiə Nazirinə təşəkkürlər. Proqram davam etməlidir və mən müdafiə nazirindən xahiş etmək istərdim ki, növbəti mərhələ üçün plan hazırlasın ki, bu da bizə yeni tikilən binalarda daha da çox hərbi qulluqçunu mənzillə təmin etməyə imkan verəcək. Müvafiq vəsait gələn ildən də büdcədə nəzərdə tutulacaq”, – deyə baş nazir bildirib.