İrakli Kobaxidze - ​Qonçarenko tamamilə qeyri-ciddi adamdır və iki gündən bir onu Kiyev küçələrində döyürlər, ona əsaslanaraq hər hansı şərh vermək düzgün deyil
İrakli Kobaxidze - ​Qonçarenko tamamilə qeyri-ciddi adamdır və iki gündən bir onu Kiyev küçələrində döyürlər, ona əsaslanaraq hər hansı şərh vermək düzgün deyil

 

Qonçarenko tamamilə qeyri-ciddi adamdır və iki gündən bir onu Kiyev küçələrində döyürlər, ona əsaslanaraq hər hansı şərh vermək düzgün deyil – bu barədə “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze bildirib.

İrakli Kobaxidze jurnalistlərin sualını şərh edib – “Aleksi Qonçarenko deyir ki, əsas məqsədi Rusiyanı terrorçu dövlət elan etmək olan qətnaməni imzalamadığınız üçün sanksiya qərarı verilib, qətnaməni imzalamamaqla sizin tərəfinizdən də səhvə yol verildiyini həqiqətən hesab edirsinizmi”.

Kobaxidze hətta ukraynalıların özlərinin də Qonçarenkoya hörmət etmədiklərini bildirib.

“Biz necə hörmət etməliyik? Əgər qətnamə nəyinsə səbəbi idisə, Aleko İvanişvili, Uça Mamatsaşvili, yaxud onların həyat yoldaşlarının, uşaqlarının buna nə dəxli var? Qonçarenko qeyri-ciddi adamdır və bu barədə ciddi şərh vermək olmaz. Xatırladaq ki, Qonçarenko Danilov, Podolyak və başqaları ilə birlikdə bizi açıq şəkildə ikinci cəbhədə müharibəyə və Gürcüstanda sülhü pozmağa çağıran şəxslərdəndir. Bundan irəli gələrək əhali, gürcü cəmiyyəti nəticə çıxarmalıdır. Bu cəzanın deyil də, şantajın yeganə məqsədi Gürcüstanda ikinci cəbhədir. Əgər ikinci cəbhəni açmasaq, bu halda Ukrayna hakimiyyətinin nümayəndələri öz fəaliyyətlərini daha da gücləndirəcəkləri ilə bağlı bizə xəbərdarlıq edirlər və təbii ki, bundan heç kim qorxmur. Biz heç bir şantaj və ya qorxu altında ikinci cəbhə açmayacağıq”-deyə Kobaxidze bildirib.