İrakli Kobaxidze Əli Əsədovla görüşüb
İrakli Kobaxidze Əli Əsədovla görüşüb

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə görüşüb. Məlumatı Gürcüstan hökumətinin administrasiyası yayıb.

Onların məlumatlarına görə, Azərbaycan Respublikasının Nazirlər Kabinetində keçirilən təkbətək görüşdə Əli Əsədov İrakli Kobaxidzeni oktyabrın 26-da keçirilən parlament seçkilərində hakim komandanın qələbəsi və yenidən baş nazir vəzifəsinə seçilməsi münasibətilə təbrik edib, seçkilərin nəticələrinin gürcü xalqının iradəsini bir daha göstərdiyini qeyd edib.

“Tərəflər Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığının nəzərdə tutduğu əsas istiqamətlər və iki ölkənin iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının iclası çərçivəsində müzakirə olunacaq məsələlər barədə danışıblar.

Gürcüstan ilə Azərbaycan arasında müxtəlif sahələrdə sıx əməkdaşlığın inkişafının müsbət dinamikası qeyd edilib.

Regionda sülhün və sabitliyin vacibliyi vurğulanıb. Baş nazir Gürcüstanın üçtərəfli dialoqa və regional əməkdaşlığın inkişafına kömək etməyə hazır olduğunu təsdiqləyib”. – Məlumatda qeyd olunur.