İrakli Kirtsxalia – Qəhrəmanlarımızın xatirəsi bizi abxaz və osetin bacı-qardaşlarımızı yalnız sülh və qarşılıqlı barışıq yolu ilə geri qaytarmağa məcbur edir
Qəhrəmanlarımızın xatirəsi bizi abxaz və osetin bacı-qardaşlarımızı, bir-birimizi yalnız və yalnız sülh, praqmatik siyasət və qarşılıqlı barışıq yolu ilə geri qaytarmağa məcbur edir, – bu barədə parlament çoxluğunun lideri İrakli Kirtsxalia Suxuminin süqutu günü ilə əlaqədar həlak olmuş qəhrəmanların xatirəsini yad etdiyi məkanda – Qəhrəmanlar Memorialında bəyan edib.
Kirtsxalianın sözlərinə görə, Gürcüstan çox ağır illərdən keçib və öz yaxın tarixində müharibənin bədəlini anlayıb.
İrakli Kirtsxalianın bildirdiyinə görə, 27 sentyabr ölkəmizin yaxın tarixindəki ən ağır günlərdən biridir və o, həlak olmuş qəhrəmanların önündə baş əyir.
“Bu qəhrəmanların xatirəsi bizi Gürcüstanda belə bir faciənin bir daha baş verməməsini təmin etməyə məcbur edir. Cəmiyyətin mütləq əksəriyyətinin tələbi və arzusu ərazi bütövlüyümüzün yalnız və yalnız sülh yolu ilə bərpa edilməsidir və bizim komandamız bunun üçün hər şeyi edəcək”, – İrakli Kirtsxalia bildirib.