İrakli Karseladze bildirir ki, fəlakət zonasında 11 prioritet yerdə təxminən 105 ağır texnika işləyir
Gürcüstanın regional inkişaf və infrastruktur naziri İrakli Karseladzenin sözlərinə əsasən, təbii fəlakət zonasında 11 prioritet məntəqədə artıq təxminən 105 ağır texnika işləyir.
Onun sözlərinə əsasən, işlər çox intensiv gedir.
“Biz daha bir neçə məntəqə əlavə etdik. Bu günə olan məlumata görə, 11 məntəqədə ağır texnika xilasetmə işlərinə cəlb olunub. Xilasedicilər ağır texnikanın cəlb olunduğu müvafiq işi müəyyənləşdirirlər. 11 məntəqəyə 105-ə yaxın ağır texnika cəlb olunub. Məhz bu əvvəlki görülən işlərin nəticəsi idi ki, körpülər bərpa olundu, alternativ yol çəkildi və bu da öz növbəsində bizə yeni yerlərə çatmaq imkanı verdi. Biz də ağır texnikadan istifadə edərək kottec ərazisinə, ilk növbədə yeməkxanaya çata bildik. İş çox intensiv şəkildə davam edir. Xilasedicilər, ordu, bütün insanlar, bu prosesdə iştirak edən bütün qurumlar, eləcə də böyük iş görən ağır texnika operatorları fədakarlıqla çalışır və təşəkkürə layiqdirlər”, – deyə İrakli Karseladze bildirib.