İrakli Karkaşadze - sərnişinləri tədbirli olmağa, qeydiyyatdan keçmək üçün hava limanına vaxtında və ya daha tez getməyə çağırırıq
Gürcüstan Hava Limanları İttifaqının direktoru İrakli Karkaşadze sərnişinləri qeydiyyatdan keçmək üçün Kutaisi Hava Limanına vaxtında və ya daha tez getməyə çağırır.
Onun açıqlamasına əsasən pis hava şəraiti ilə əlaqədar yollarda yaranan ləngimələr səbəbilə Kutaisi Hava Limanının rəsmi nəqliyyat avtobuslarına Tbilisidən planlaşdırılan vaxtdan daha tez yola düşmələri barədə xəbərdarlıq edilib.
“Kutaisi-Berlin reysinə 87 sərnişin gecikib, halbuki Berlin reysinin qeydiyyatı başa çatmışdı və 98 sərnişinin yerləşdirilməsi proseduru başlayırdı. Bilirsiniz ki, qərbdə güclü qar və şaxta var. Biz yollarda yaranan ləngimələr səbəbilə Kutaisi Hava Limanının rəsmi nəqliyyat avtobuslarına Tbilisidən planlaşdırılan vaxtdan daha tez yola düşmələri barədə xəbərdarlıq etmişik. Aviaşirkətlə apardığımız danışıqlar nəticəsində, WizzAir-in bu 87 sərnişinin pul əlavə olunacağı təqdirdə biletlərinin istənilən istiqamətə dəyişdirilməsinə razılıq verməsinə nail olduq. Söhbət təxminən 300 laridən gedir. Bir daha sərnişinləri tədbirli olmağa, qeydiyyatdan keçmək üçün hava limanına vaxtında və ya daha tez getməyə çağırırıq. Bu mərhələdə 85 sərnişin artıq biletlərini istədiyi istiqamətə dəyişib”- deyə Karkaşadze açıqlayıb.