İrakli Karkaşadze - Kutaisi Hava Limanı fövqəladə rejimdə işləməyə davam edir
Kutaisinin Davit Ağmaşenebeli adına Beynəlxalq Hava Limanı fövqəladə rejimdə işləməyə davam edir – bu barədə Gürcüstan Hava Limanları İttifaqının direktoru İrakli Karkaşadze açıqlayıb.
O, Gürcüstan Hava Limanları İttifaqı və Kutaisi Beynəlxalq Hava Limanı komandasının operativ fəaliyyəti nəticəsində Kutaisi Beynəlxalq Hava Limanında təbii fəlakətin vurduğu ziyanı ən qısa müddətdə aradan qaldırmağın mümkün olduğunu bildirib.
Bol yağıntı və leysan yağışlar hava limanının fəaliyyətinin dayandırılmasına səbəb olub. Hazırda Samxarauli Milli Ekspertiza Bürosunun nümayəndələri Kutaisi Hava Limanında vəziyyəti yerindəcə öyrənirlər.
Reyslər adi rejimdə yerinə yetirilir.