İrakli Kadaqişvili - Ukrayna qanununun tətbiqi müxalifət üçün fəlakətdir, çünki onların maliyyəçilərinin oliqarxlar olduğu ortaya çıxacaq və onlara de-oliqarxizasiya lazım olacaq
İrakli Kadaqişvili - Ukrayna qanununun tətbiqi müxalifət üçün fəlakətdir, çünki onların maliyyəçilərinin oliqarxlar olduğu ortaya çıxacaq və onlara de-oliqarxizasiya lazım olacaq

 

 

Ukrayna qanununun tətbiqi müxalifət üçün fəlakətdir, onların işinə gəlmir, çünki onların maliyyəçilərinin televiziyaları, qeyri-hökumət təşkilatlarını, siyasətçiləri və siyasi partiyaları maliyyələşdirən, ya da televiziya kanallarına sahib olan, lakin səssiz qalan oliqarxlar olduğu ortaya çıxacaq -bu barədə Parlamentin Prosedur Məsələləri komitəsinin sədri İrakli Kadaqişvili bildirib.

O bildirib ki, müxalifət de-oliqarxizasiyada maraqlı deyil, onları konkret bir şəxs, Bidzina İvanişvili maraqlandırır.

“Onların başqa maraq sahəsi yoxdur. Onları heç bir sistemli qərar və ya sistemli yanaşma maraqlandırmır. Bundan irəli gələrək, qanun layihəsini dəstəkləməyəcəklərini deyirlər. Dünyada ancaq Ukrayna qanunu var ki, onun da səbəbi reallıqda Ukraynanın oliqarx hakimiyyəti altında olması olub. Bu qanun Avropa Komissiyası tərəfindən bəyənilib və Gürcüstana tövsiyə verilərkən bu qanunun həyata keçirilməsi söylənilib. Ukraynada bu qanunun nə ilə müşaiyət olunduğunu bilirik. Oliqarxların bir qismi Ukraynanı tərk etdi. Bu qanun neytral şəkildə yazılıb və heç bir gürcü maraqlarına uyğunlaşdırılmayıb. Bunun bizim reallığa keçirilməsi işlərinə gəlmir, çünki onların maliyyəçilərinin televiziyaları, qeyri-hökumət təşkilatlarını, siyasətçiləri və siyasi partiyaları maliyyələşdirən, ya da televiziya kanallarına sahib olan, lakin səssiz qalan oliqarxlar olduğu ortaya çıxacaq. Ona görə də bu qanun onlar üçün fəlakətdir. Belə çıxır ki, onlara de-oliqarxizasiya lazım olacaq. Onlar belə qanunları qəbul etmək istəmirlər, yalnız bir şey istəyirlər – Bidzina İvanişvili haqqında qanun, bu tamamilə absurddur, Avropada belə qanunlar qəbul edilmir” -deyə İrakli Kadaqişvili bildirib.