İrakli Kadaqişvili - Təhlükəsizlik Xidmətinin vəzifəsi ölkədə asayişi təhdid edə biləcək təhlükələrin qarşısını almaqdan ibarətdir, profilaktika işləri aparılır və belə təhlükələrin qarşısı alınıb
Təhlükəsizlik xidmətinin əsas vəzifəsi ölkədə nizamı və konstitusiya quruluşunu təhdid edə biləcək təhlükələrin qarşısını almaqdır. Təhlükəsizlik qüvvələrinin uğurlu fəaliyyəti məhz ondan ibarətdir ki, ölkənin təhlükəsizliyi və ya hər hansı digər məsələ ilə bağlı ciddi insident baş vermir, – parlamentin prosessual məsələlər komitəsinin sədri İrakli Kadaqişvili jurnalistlərə açıqlamasında Dövlət Təhlükəsizlik Xidmətində dövlət çevrilişi ilə bağlı aparılan araşdırmalarla bağlı bildirib.
Onun sözlərinə görə, istintaq xeyli materiallar əldə edib və məhz bu fəaliyytlər bizi o yerə gətirib ki, profilaktika işləri görülüb və bu kimi təhlükələrin qarşısı alınıb.
“Mühafizə Xidmətinin rəisi bu vəziyyəti deputatlara yaxşı izah etdi ki, istintaqa həmişə konkret faktlarla bağlı başlanılır. İstintaqda bununla bağlı xeyli materiallar əldə edilib, müvafiq sorğular da aparılıb, istintaqın zəruri hesab etdiyi vaxtda ictimaiyyət də məlumatlandırılıb və bütün bunlar qanun çərçivəsindədir. Ona görə də məhz bu fəaliyyətlər bizi profilaktika işinin və bu kimi təhlükələrin qarşısının alınmasına gətirib çıxarıb. Təhlükəsizlik xidmətinin əsas vəzifəsi ölkədə nizama və konstitusiya quruluşuna təhdid yarada biləcək təhlükələrin qarşısını almaqdır. Təhlükəsizlik qüvvələrinin uğurlu fəaliyyəti məhz bundan ibarətdir ki, ölkənin təhlükəsizliyi və ya digər məsələlərlə bağlı ciddi insident baş verməsin”, – deyə İrakli Kadaqişvili bildirib.
Müəllif -
Mehemmed Bayramaliyev