İrakli Kadaqişvili - siyasi spekulyasiyaları bir kənara qoysaq, islahatlar baxımından, sosial-iqtisadi göstəricilər baxımından Gürcüstan bütün namizəd ölkələr arasında lider ölkədir
İrakli Kadaqişvili - siyasi spekulyasiyaları bir kənara qoysaq, islahatlar baxımından, sosial-iqtisadi göstəricilər baxımından Gürcüstan bütün namizəd ölkələr arasında lider ölkədir

Gürcüstan islahatlar, demokratik inkişaf, o cümlədən sosial-iqtisadi göstəricilər baxımından bütün namizəd ölkələrdə lider ölkədir, – Bu barədə Gürcüstan parlamentinin Prosessual Məsələlər Komitəsinin sədri İrakli Kadaqişvili bildirib.

“Biz Avropa İttifaqına üzvlüklə bağlı 12 tövsiyəni, eləcə də ümumilikdə Gürcüstanın assosiasiya sazişi, dərin və hərtərəfli iqtisadi və ticarət əlaqələri çərçivəsində üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetiririk. Həmçinin, vizanın liberallaşdırılması istiqamətində mövcud tələblər buraya daxildir. Buna əsaslanaraq deyə bilərik ki, siyasi spekulyasiyaları bir kənara qoysaq, Gürcüstan islahatlara, demokratik inkişafa, o cümlədən sosial-iqtisadi göstəricilərə görə bütün namizəd ölkələr arasında lider ölkədir”, – deyə Kadaqişvili bildirib.

Bundan əlavə, Kadaqişvilinin qeyd etdiyinə əsasən, Avropa Şurasının qərarından əvvəl müxtəlif aralıq nəticələr dərc olunur və qiymətləndirmələr müsbət və pozitivdir.

“Biz görürük ki, ilin sonuna, Avropa Şurası namizədin statusu ilə bağlı qərar qəbul edənə qədər müxtəlif, o cümlədən viza rejiminin liberallaşdırılması istiqamətində aralıq nəticələr dərc olunur. Noyabr ayında bu 12 tövsiyə dərc olunacaq və biz qiymətləndirmələrin müsbət və pozitiv olduğunu görürük. Bu, Gürcüstanın tərəqqisidir və təbii ki, bundan sonra da irəliləyiş yolunda hansı addımların atılmasından danışılır. Bu, bizim üçün normal və məqbul təcrübədir”, – deyə İrakli Kadaqişvili bildirib.