İrakli Kadaqişvili - Şalva Natelaşvili, Elene Xoştaria və Badri Caparidzenin səlahiyyətlərinə xitam verilməsi komanda qərarıdır və bu, səsvermədə öz əksini tapacaq
İrakli Kadaqişvili - Şalva Natelaşvili, Elene Xoştaria və Badri Caparidzenin səlahiyyətlərinə xitam verilməsi komanda qərarıdır və bu, səsvermədə öz əksini tapacaq

 

Parlamentin Prosedur Məsələləri üzrə Komitəsinin sədri İrakli Kadaqişvili bildirir ki, Badri Caparidze, Elene Xoştaria və Şalva Natelaşvilinin deputatlıq səlahiyyətlərinə xitam veriləcək.

Kadaqişvilinin jurnalistlərə də açıqladığı kimi, əksəriyyətinin iclasında qəbul edilən qərar müştərək, komanda qərarıdır və bu, səsvermədə öz əksini tapacaq.

” Üç müxalif deputatın parlament səlahiyyətlərinə xitam verilməsi siyasi təqib deyil, çünki bunun üçün ciddi hüquqi əsaslar var. “Mən deputat olmaq istəyirəm”- yanaşması, o deməkdir ki, deputat üçün müəyyən edilmiş bütün hüquqi prinsiplərə cavab verməlidir. Deputatlıq üçün bir tək arzu yetərli deyil ” – deyə Kadaqişvili bildirib.

Parlament fevralın 15-də keçiriləcək plenar iclasda Badri Caparidze, Elene Xoştaria və Şalva Natelaşvilinin deputat mandatına xitam verilməsi ilə bağlı yekun qərarı verəcək.

Badri Caparidzenin mandatına xitam verilməsi məsələsinə dair müzakirənin səbəbi məhkəmənin qətimkan hökmü, Elene Xoştaria və Şalva Natelaşvili halında isə parlament üzvünün sessiya boyunca üzrlü səbəb olmadan iclasların yarıdan çoxunda iştirak etməməsi halında səlahiyyətinin dayandırılmasına dair konstitusiyadakı qeyddir.