İrakli Kadaqişvili - Saakaşvili həbsdə olduğu müddət boyunca Gürcüstana maksimum ziyan vurmaq üçün külli miqdarda pul ödəyib, ölkəni onu zəhərləməkdə, işgəncə verməkdə, müalicə etməməkdə ittiham edib
İrakli Kadaqişvili - Saakaşvili həbsdə olduğu müddət boyunca Gürcüstana maksimum ziyan vurmaq üçün külli miqdarda pul ödəyib, ölkəni onu zəhərləməkdə, işgəncə verməkdə, müalicə etməməkdə ittiham edib

 
Biz onun partiya tərəfdarlarının imzalarını deyil, Mixeil Saakaşvilinin bədbəxt etdiyi insanların mövqeyini nəzərə almalıyıq- Parlamentin Prosedur Məsələləri Komitəsinin sədri İrakli Kadaqişvili bu haqda açıqlayıb.

Kadaqişvili bildirib ki, Mixeil Saakaşvili Gürcüstana zərər vermək üçün hər şeyi edib.

“Onu da nəzərə almalıyıq ki, bu insan həbsdə olduğu müddət boyunca “fake”lər vasitəsilə hər şeyi edib, Gürcüstana maksimum ziyan vurmaq üçün külli miqdarda pul ödəyib və ölkəni onu zəhərləməkdə, işgəncə verməkdə, öldürməkdə, müalicə etməməkdə ittiham edib. Heç kim dövlətə bundan daha ciddi hücum etməyib. Bundan irəli gələrək, əgər prezidentdə bu ölkənin prezidentinin instinkti bir az olsun qalıbsa, bu ölkəni bu cür aqressiv hücumlardan qorumalıdır” – Kadaqişvili bildirib.