İrakli Kadaqişvili - Robin Danniqanın diplomatik təcrübəsi hər zaman konstruktiv əməkdaşlığa yönümlü olacağına işarət edir
İrakli Kadaqişvili - Robin Danniqanın diplomatik təcrübəsi hər zaman konstruktiv əməkdaşlığa yönümlü olacağına işarət edir

 

Parlamentin Prosedur Məsələləri Komitəsinin sədri İrakli Kadaqişvili Robin Danniqanın diplomatik təcrübəsinin hər zaman konstruktiv əməkdaşlığa yönümlü olacağına işarət etdiyini bildirib.

“Bildiyim qədərilə, yeni səfirin iş təcrübəsi Kuba, Vyetnam, Türkiyə kimi ölkələri əhatə edir. Yəni təcrübəli diplomatdır. O baxımdan maraqlıdır ki, Amerikanın bu ölkələrə münasibətdə konstruktiv münasibət və siyasəti bərpa etmək və ya qurmaq istədiyi ölkələrdə diplomatik missiyalar həyata keçirilib. Onun diplomatik təcrübəsi hər zaman konstruktiv əməkdaşlığa yönümlü olacağına işarət edir”- deyə Kadaqişvili açıqlayır.

ABŞ Prezidenti Co Bayden Gürcüstanda fövqəladə və səlahiyyətli səfir vəzifəsinə Robin Danniqanın namizədliyini irəli sürüb.