İrakli Kadaqişvili - prezidentin baş nazirə bu və ya digər davranışla bağlı göstəriş verməsi yanlış yanaşmadır, hansı mövqe tutacağına yalnız baş nazir qərar verəsidir
Prezidentin baş nazirə bu və ya digər davranışla bağlı göstəriş verməsi yanlış yanaşmadır- bu barədə Prosedur Məsələləri Komitəsinin sədri İrakli Kadaqişvili bildirib.
O bildirib ki, baş nazirin bu və ya digər məsələ ilə bağlı hansı mövqe tutacağı prezidentin qərar verəcəyi məsələ deyil.
“Baş nazirin bu və ya digər məsələ ilə bağlı hansı mövqe tutacağı prezidentin qərar verəcəyi məsələ deyil. Bu yalnız baş nazirin qərarlaşdıracağı bir məsələdir. Məhz yanlış yanaşma prezidentin baş nazirə bu və ya digər davranışla bağlı göstəriş verməsidir, bu tamamilə yanlışdır. Bu funksiyaları yerinə yetirən prezidentin bu cür dəyərləndirmələr etdiyi bir dənə də olsun Avropa parlament respublikasının adını çəkə bilməzsiniz . Biz parlamentdə 12 tövsiyyənin icrası üzərində intensiv işləyirik, bu fonda müxalifət payızda iğtişaşlar təşkil edəcəkləri, parlamentə paketlər atacaqları bəyanatları ilə məşğuldur. Bu iş deyil, inqilabi mövzuda köhnə mahnının yenidən oxunmasıdır. Prezident parlamentin yayda 12 tövsiyənin icrası üzərində necə işlədiyini müşahidə etsəydi, o zaman əsaslı işin, yəni, mitinq bəyanatlarının deyil, Avropa üsulu işləmənin nə olduğunu görərdi ” -deyə İrakli Kadaqişvili bildirib.