İrakli Kadaqişvili - partiyaların fəaliyyəti qanunla müəyyən edilir, qeyri-hökumət təşkilatlarının siyasətlə daha az əlaqəsi olmalıdır
İrakli Kadaqişvili - partiyaların fəaliyyəti qanunla müəyyən edilir, qeyri-hökumət təşkilatlarının siyasətlə daha az əlaqəsi olmalıdır

 
Partiyaların fəaliyyəti qanunla müəyyən edilir. Qanuna əsasən, siyasi partiyaların xaricdən maliyyələşdirilməsi qadağandır. Bu norma bütün demokratik ölkələrdə tanınır-bu barədə parlament çoxluğunun üzvü İrakli Kadaqişvili danışıb.

Kadaqişvili “Regional İnkişaf və Təşviqat Mərkəzi”nin audit xidmətinə yönəlik qeyri-hökumət təşkilatlarının yaradılması yolu ilə partiyalar tərəfindən qeyri-qanuni ianələrin alınması ilə bağlı araşdırmaya başlamasına dair müraciətinə münasibət bildirib.

İrakli Kadaqişvili bildirib ki, qeyri-hökumət təşkilatının siyasətlə daha az əlaqəsi olmalıdır.

“QHT məzmun baxımından tamamilə fərqli təşkilatdır, öz adı ilə onun siyasətlə daha az əlaqə saxlamalı olduğunu göstərir. Bundan irəli gəllərək, siyasi partiya ilə qeyri-hökumət təşkilatının bir kontekstdə, bir fəaliyyətdə birləşdirilməsi qanun pozuntusudur. Bu səbəbdən belə şeylər baş verərsə, bu araşdırma mövzusu olmalıdır. Əgər belə bir şey təsdiqlənərsə, reaksiya vermək lazımdır. Biz bu haqda bilirik” – İrakli Kadaqişvili bildirib.