İrakli Kadaqişvili MSK sədrinin seçilməsi qaydasının dəyişəcəyini istisna etmir
İrakli Kadaqişvili MSK sədrinin seçilməsi qaydasının dəyişəcəyini istisna etmir

 

Parlamentin Prosedur Məsələləri üzrə Komitəsinin sədri İrakli Kadaqişvili Mərkəzi Seçki Komissiyasının sədrinin seçilməsi qaydasının dəyişəcəyini və bu məqsədlə “Seçki Məcəlləsi”-nə dəyişikliklərin hazırlanmasını istisna etmir.

Kadaqişvilinin jurnalistlərə verdiyi məlumata görə, MSK sədri altı ay müddətinə seçilməməli və o mütəmadi olaraq seçilmə gözləntisində olmamalıdır.

“Bu gün MSK sədri yenidən 6 ay müddətinə seçiləcək, çünki onun 5 il müddətinə seçilməsi mümkün olmayacaq. Buna səbəb parlamentdəki siyasi vəziyyətdir. Biz hesab edirik ki, danışıqlar nəticəsində qanunvericiliyə daxil edilmiş tənzimləmə növü kontr-məhsuldardır. Baş prokurorun seçilməsi də analoji qaydada idi. Belə mühüm vəzifəli şəxslərin daimi gözlənti içində olması mümkün deyil. Onların möhkəm və davamlı seçilmə imkanları olmalıdır. Qanunun dəyişdirilməsi ilə bağlı müzakirə ola bilər” -deyə Kadaqişvili bildirib.

Mövcud qanuna əsasən, parlament MSK sədrini iki səsvermə yolu ilə seçir. Birinci səsvermə üçün 100, ikinci halda 76 səs tələb olunur. Lakin, parlament çoxluğu ilə seçilən MSK sədrinin səlahiyyət müddəti altı aydır. Siyasi tərəflərin Şarl Mişel Razılaşması çərçivəsində oxşar qərar qəbul etmələrindən sonra oxşar qayda işlənib hazırlanmışdır. Bu qayda baş prokurora da şamil olunurdu, lakin “Gürcü Arzusu” konstitusiya dəyişikliklərinə dəstək müqabilində bu normanı ləğv etdi.