İrakli Kadaqişvili – “Milli Hərəkat” üçün əsas məsələ Mixeil Saakaşvilinin sağlamlığı deyil, onların məqsədi Saakaşvilini qanunsuz olan hər hansı vasitə ilə həbsdən çıxarmaqdır
“Milli Hərəkat” üçün əsas məsələ Mixeil Saakaşvilinin sağlamlığı deyil, onların məqsədi Saakaşvilini qanunsuz olan hər hansı vasitə ilə həbsdən çıxarmaqdır, – Parlamentin Prosessual Məsələlər Komitəsinin sədri İrakli Kadaqişvili bildirib.
Kadaqişvilinin sözlərinə görə, müxalifət deputatlarının başlatdığı aclıq aksiyasının məqsədi ona aydın deyil.
“Mən başa düşürəm ki, bu, siyasi aksiyadır, lakin deputatların başlatdığı aclıq aksiyasının məqsədi qeyri-müəyyəndir. Mixeil Saakaşvilinin səhhətinin vəziyyəti qənaətbəxşdir və aclıq aksiyası tibb işçilərinin nəzarəti altındadır. Aclıq forması və qida rasionuna görə sağlamlığı üçün ciddi təhlükə yoxdur. Ona görə də aclıq askiaysı edən deputatların Mixeil Saakaşvilinin azadlığa buraxılması tələbi olsaydı, onu tibbi-mülki müəssisəyə keçirməkdənsə, məntiqə yaxın olardı. Əgər məqsəd xəstənin sağlamlığını qorumaqdırsa, cəzaçəkmə müəssisəsində onun sağlamlığı qorunur. “Milli Hərəkat” üçün əsas məsələ Mixeil Saakaşvilinin sağlamlığı deyil, onların məqsədi Saakaşvilini qanunsuz olan hər hansı vasitə ilə həbsdən çıxarmaqdır”, – deyə İrakli Kadaqişvili bildirib.