İrakli Kadaqişvili - "Milli Hərəkat" çoxdandır real siyasətin relsindən çıxıb
İrakli Kadaqişvili - "Milli Hərəkat" çoxdandır real siyasətin relsindən çıxıb

“Milli Hərəkatda” bir çox məsələ üzrə mövqeləri bölünmüşdü və bu gün də bölünüb – seçkilərə sabotajdan başlamış, qanunun pozulması, hədələrlə davam etmiş və Parlamentə daxil olmamağın ultimatumu ilə başa çatmış, – bu barədə Parlamentin Prosedur məsələləri üzrə Komitənin sədri, İrakli Kadaqişvili bəyan etdi.

Kadaqişvili hesab edir ki, “Milli Hərəkat” çoxdandır real siyasətin relsindən çıxıb.

O, deyir ki,  “Milli Hərəkat” Şarl Mişelin sənədini imzalamalı olacaq.

“Düşünürəm “Milli Hərəkat” çoxdandır real siyasətin relsindən çıxıb. Əslində, siyasət və inkişaf məntiqi başqa yerə keçibdir və onlar bizimlə yenı də keçmişdən danıçırlar. Onlar necə ki, Parlamentə daxil olmalı oldular, eləcə də Şarl Mişelin sənədini imzalamalı olacaqlar. Sivil siyasət arealına nə qədər tezliklə qayıda bilsələr, bir o qədər şansları olacaq ki, siyasi məkanda qalsınlar. Sabotak yolu ilə haklimiyyətin ələ keçirilməsi illüziyasında qalsalar, onların siyasi taleyi daha da ağırlaşacaq və onlara nə Brüssel və nə də Vaşinqtona səfərlər kömək edəcək”, – Kadaqişvili bəyan etdi.

Mişelin sənədinə imza atmaqla bağlı “Milli Hərəkatın” lideri, Tina Bokuçava bu gün bəyan etdi ki, “Gürcü Arzusu” amnistiya barəsində qanunu qəbul etdikdən sonra, “Milli Hərəkat” Şarl Mişelin sənədinə qoşulma biləcək.