İrakli Kadaqişvili - Gürcüstanda müəyyən mövzuların, məsələn, şəffaflıq məsələsinin müzakirəsinin qadağan olunmasının deyilə biləcəyi məqam yetişib
İrakli Kadaqişvili - Gürcüstanda müəyyən mövzuların, məsələn, şəffaflıq məsələsinin müzakirəsinin qadağan olunmasının deyilə biləcəyi məqam yetişib

 

Bizdə istənilən məsələyə damğa vurulur, heç kim müzakirəyə maraq göstərmir, əgər kiminsə hansısa siyasi marağı varsa hər şey dərhal damğalanmalıdır-bu barədə Gürcüstanın Birinci Kanalına parlamentin Prosedur Məsələləri Komitəsinin sədri İrakli Kadaqişvili açıqlayıb.

Kadaqişvili şəffaflığın demokratiya, Avropa İttifaqı və Gürcüstan üçün bir nömrəli vəzifə olduğunu bildirib.

“Hər bir qurum hər il addım atmağa borclu olduğu halda, niyə hər yerdə şəffaflıq ola bilməz, o cümlədən fəaliyyəti daha çox şəffaflığı nəzərdə tutan və hökumətə tövsiyəsi daha çox şəffaflığı nəzərdə tutan vətəndaş sektoru üçün? Cavab versinlər, hansı Avropa dövlətində vətəndaş sektorunun fəaliyyəti şəffaflığa tabe deyil? Problem nədir – şəffaflıq olmalı deyilmi? Bu qanunun məqsədi kimisə damğalamaq deyil, məqsəd şəffaflıqdır. Prezident siyasi konteksə müdaxilə etməməlidir və edir. Digər tərəfdən qanun layihəsinin müzakirəsi olmayıb. Gürcüstanda müəyyən mövzuların, məsələn, şəffaflıq məsələsinin müzakirəsinin qadağan olunmasının deyilə biləcəyi məqam yetişib. Düşünürəm ki, bu, demokratiyaya sığmır, maraqların lobbiçiliyidir, demokratiya deyil. Bəlkə biz prezidentdən hətta müzakirəyə əvvəlcədən veto qoyulmasının mümkünlüyü ilə kimin maraqlarına lobbiçilik etdiyini soruşmalıyıq”- deyə Kadaqişvili açıqlayıb.