İrakli Kadaqişvili - əsas odur ki, konstitusiya qanunu layihəsində söhbət olunan məsələnin nə qədər mühüm olduğunu görməkdir
İrakli Kadaqişvili - əsas odur ki, konstitusiya qanunu layihəsində söhbət olunan məsələnin nə qədər mühüm olduğunu görməkdir

Əsas odur ki, konstitusiya qanunu layihəsində söhbət olunan məsələnin nə qədər mühüm olduğunu görməkdir, – bu barədə Prosedur Məsələləri və Qaydalar Komitəsinin sədri İrakli Kadaqişvili konstitusiya dəyişiklikləri ilə bağlı Telavidə keçirilən ümumxalq
müzakirədə bildirdi.

İrakli Kadaqişvilinin qiymətləndirməsinə görə, Avropanın inkişaf etmiş dövlətləri demoqrafik ölüm prosesindədirlər və ətraflarına həyəcan zəngi çalırlar.

“Təbliğatın məhdudlaşdırılması və qadağan edilməsi barədə danışanda biz ondan danışırıq ki, bu, davranış nümunəsinə çevrilməməlidir, çünki bu, insanda fizioloji-bioloji səviyyədə deqradasiyasl ilə yanaşı, mental deqradasiyaya da səbəb olur. Ona görə də bu gün Avropa yüksək səslə deyir ki, bu problem hansısa formada həll olunmalıdır”, – deyə İrakli Kadaqişvili bildirdi.