İrakli Kadaqişvili - Çinlə tərəfdaşlığın Aİ və ABŞ ilə münasibətlərin soyuması mənasına gəlməsi ilə bağlı indi bəzi spekulyasiyalar başlayıb, heç bir halda bu belə deyil
İrakli Kadaqişvili - Çinlə tərəfdaşlığın Aİ və ABŞ ilə münasibətlərin soyuması mənasına gəlməsi ilə bağlı indi bəzi spekulyasiyalar başlayıb, heç bir halda bu belə deyil

 
Çinlə tərəfdaşlığın Aİ və ABŞ ilə münasibətlərin soyuması mənasına gəlməsi ilə bağlı indi bəzi spekulyasiyalar başlayıb, heç bir halda bu belə deyil-bu haqda Gürcüstan parlamentinin prosessual məsələlər komitəsinin sədri İrakli Kadaqişvili Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin strateji tərəfdaşlarla bağlı bəyanatını şərh edərkən qeyd edib.

Kadaqişvili bildirib ki, Çin Avropadan tutmuş, Asiya və Afrika dövlətlərinə qədər dünyanın bir çox dövlətləri ilə bu formada əlaqə qurur, bu da Gürcüstan üçün önəmlidir.

“Əvvəla, bu, ona görə vacibdir ki, bu gün Çin faktiki olaraq dünyada Amerikaya bərabər iqtisadi aktordur. Bundan irəli gələrək, onlarla iqtisadi əlaqələr, investisiyaların cəlb edilməsi iqtisadiyyatımızın inkişafı üçün son dərəcə vacibdir. Bu, müəyyən dərəcədə siyasi baxımdan da vacibdir, çünki Gürcüstanda iqtisadi maraqları olan daha güclü dövlətlər təmsil olunarsa, ölkəmiz müəyyən təcavüzdən bir o qədər çox qorunacaq”- deyə İrakli Kadaqişvili bildirib.