İrakli Kadaqişvili - Azərbaycan və Ermənistan arasında vasitəçi funksiyasını üstləndik, hər iki ölkə ilə inamlı münasibətləri qoruyuruq, bu münaqişənin sonlanması üçün bizə ümid və imkan verir
Azərbaycan və Ermənistan arasında vasitəçi funksiyasını üstləndik, hər iki ölkə ilə inamlı münasibətləri qoruyuruq, bu münaqişənin sonlanması üçün bizə ümid və imkan verir -bu barədə Parlamentin Prosedur Məsələləri Komitəsinin sədri İrakli Kadaqişvili açıqlayır.
Kadaqişvili Gürcüstanın Birinci Kanalına ölkənin hər iki tərəfə qarşı mehriban qonşuluq və ədalətli mövqe tutduğunu bildirib.
“Rusiyanın Ukraynaya təcavüzündən indiyədək Gürcüstan hakimiyyəti düzgün mövqe tutdu, Ukrayna ilə tam həmrəy olmağımız və onu bütün səviyyələrdə dəstəkləməyimizlə bağlı mövqeyimizin düzgün olduğunu zaman göstərəcək ; Lakin, eyni zamanda, biz heç kimə imkan vermədik ki, Gürcüstan bu hərbi münaqişənin iştirakçısına çevrilsin.
Ermənistanla Azərbaycan arasında kəskin eskalasiya müşahidə olunur. Açıqlanan məlumata görə, Ermənistan kollektiv müdafiə qüvvələrindən istifadə etmək üçün Rusiyaya müraciət edib. Erməni tərəfi iki ölkənin sərhədində hərbi əməliyyatların getdiyini açıqlayır. Bu, gərginliyi artırır. Bu prosesdə Qafqazda və Qara dəniz sahillərində sülh adasını qoruyub saxlamağımız daha vacibdir, bu vəziyyəti qoruyub saxlamalıyıq. Biz Azərbaycanla Ermənistan arasında müəyyən vasitəçi funksiyasını üstləndik, baş nazirin iştirakı ilə əsirlərin mübadiləsi və minalanmış ərazilərin xəritəsinin verilməsi ilə bu müşaiyət olundu. Biz hər iki ölkə ilə etibarlı əlaqələr saxlayırıq. Bu münaqişənin sonlanması və daha da genişlənməməsi üçün bizə ümid və imkan verir . Biz hər iki tərəfə qarşı mehriban qonşuluq, ədalətli mövqe tuturuq. Son Qarabağ müharibəsi zamanı biz heç bir tərəfə hərbi üstünlük verməmişik, çünki hər ikisi bizim qonşumuzdur və onlara qarşı dost siyasətimiz var. Ətrafımızda qaynar və dağıdıcı müharibənin getməsinə baxmayaraq, biz uğur qazanmalı və ölkəni sülhə aparmalıyıq” – deyə İrakli Kadaqişvili bildirib.