İrakli Kadaqişvili - Avropa Komissiyası Gürcüstanın Avropaya inteqrasiya yolunu qətiyyətlə dəstəkləyir, məqsəd ilin sonunadək Komissiyanın yekun rəyində əksini tapan 12 rekomendasiya və bir sıra istiqamətlərin yerinə yetirilməsidir
Avropa Komissiyası Gürcüstanın Avropaya inteqrasiya yolunu olduqca qətiyyətli şəkildə dəstəkləyir, məqsəd ilin sonunadək Komissiyanın yekun rəyində əksini tapan 12 rekomendasiya və bir sıra istiqamətlərin yerinə yetirilməsidir-bu barədə əksəriyyətinin üzvü İrakli Kadaqişvili bildirib.
Kadqişvili , bu istiqamətdə daimi iş aparıldığını bildirir.
“Avropa Komissiyası Gürcüstanın Avropaya inteqrasiya yolunu bir daha qətiyyətlə dəstəkləyir. Bu yolda Gürcüstanın əldə etdiyi bir sıra nailiyyətlər, yerinə yetirdikləri qeyd olunur, pandemiyanın və sonradan artıq müharibənin , o cümlədən Avropada yaratdığı çağırışlar fonunda qanunvericiliyimizin, xüsusən də sosial-iqtisadi istiqamətdə həyata keçirilən siyasətin uyğunluğu yüksək səviyyədə qiymətləndirilir. Bu şəraitdə Gürcüstan çox yüksək tempi qoruyur.
Ənənəvi olaraq müxtəlif vaxtlarda gördüyümüz istiqamətlərdən danışılır. Bu, o cümlədən məhkəmə islahatlarının davam etdirilməsi, media ilə bağlı məsələlər və s. aiddir. Məhkəmə və ya konkret qərarla bağlı adətən hər zaman fikir ayrılığı olur, lakin bu baxımdan biz tərəfdaşlardan tənqidlə yanaşı, hər hansı bir məhkəmə qərarının qeyri-şəffaf, ədalətsiz və s. olması ilə bağlı peşəkar, əsaslandırılmış izahat verilməsini xahiş edirik.
Eyni zamanda, bu 12 bəndlik rekomendasiya prosesində biz bu rekomendasiyada olan məsələləri, həmçinin bu komissiyanın rəyində əksini tapmış məsələləri nəzərə alırıq. Bu istiqamətdə davamlı iş aparılır. Məqsəd ilin sonunadək Komissiyanın yekun sənədində əksini tapan 12 rekomendasiya və bir sıra istiqamətlərin yerinə yetirilməsidir” – deyə İrakli Kadaqişvili bildirib.