İrakli Kadaqişvili - ABŞ və onun səfirinə yönəlik hansısa şəkildə mütəşəkkil destruksiya təşkil etmək hədəfimiz yoxdur, məsələlərə aydınlıq gətirilməsi hücum kimi başa düşülməməlidir
İrakli Kadaqişvili - ABŞ və onun səfirinə yönəlik hansısa şəkildə mütəşəkkil destruksiya təşkil etmək hədəfimiz yoxdur, məsələlərə aydınlıq gətirilməsi hücum kimi başa düşülməməlidir

 

Amerika Birləşmiş Ştatlarına və onun Gürcüstandakı səfirinə yönəlik hansısa şəkildə mütəşəkkil destruksiya təşkil etmək və ya hücum həyata keçirmək hədəfimiz yoxdur , bu, mümkün deyil – bu barədə Parlamentin Prosessual Məsələlər Komitəsinin sədri İrakli Kadaqişvili bildirib.

O , səfirə yönəlik ünvanlanmış sualların hücum kimi qəbul edilməməli olduğunu bildirib. Kadaqişvilinin Gürcüstanın Birinci Kanalına açıqladığı üzrə bu, hücum deyil, əksinə qeyri-müəyyən məsələlərin olmaması üçün cəhddir.

“Son aylar ərzində bir neçə vacib sual yaranıb və bu suallar səfirə ünvanlanıb. Bəzi məsələlərə aydınlıq gətirilməsi hücum kimi qəbul edilməməlidir. Əksinə, bu, qeyri-müəyyən məsələlərin olmaması və bütün məsələlərin açıq və aydın olmasını təmin etmək cəhdidir. Səfirlərə təhqirin nə demək olduğunu, müxalifət kanallarında Kelli Deqnana yönəlik təhdid və təhqiramiz bəyanat və sujetlərdə görə bilərsiniz” – deyə Kadaqişvili bildirib.