İrakli Kadaqişvili - 9 aprel aksiyası kölgəli idarəçiliyin partiyanı təkcə seçicilər səviyyəsində deyil, həm də “Milli Hərəkat”ın aktivi səviyyəsində parçaladığını göstərdi
9 aprel aksiyası kölgəli idarəçiliyin partiyanı təkcə seçicilər səviyyəsində deyil, həm də “Milli Hərəkat”ın aktivi səviyyəsində parçaladığını bir daha göstərdi – bu barədə Gürcüstan parlamentinin prosedur məsələləri komitəsinin sədri İrakli Kadaqişvili Gürcüstanın Birinci Kanalına açıqlayıb.
İrakli Kadaqişvilinin qeyd etdiyi kimi, “Milli Hərəkat”ın istəyi ölkədəki vəziyyəti destabilizasiyaya sürükləməkdir, bunun üçün ölkə daxilində resursları görmürlər və xarici faktordan istifadə edirlər.
“Milli Hərəkat”da seçilmiş sədri Melianı vəzifəsindən uzaqlaşdıraraq, Xabeişvilini təyin etdilər. Bunun nəticələri göz qabağındadır. Onların 9 aprel aksiyası kölgəli idarəçiliyin partiyanı təkcə seçicilər səviyyəsində deyil, həm də “Milli Hərəkat”ın aktivi səviyyəsində parçaladığını bir daha göstərdi və həftələrlə planlaşdırdıqlarına baxmayaraq, partiyanın aktivini belə aksiyaya toplaya bilmədilər. Müxalifət Gürcüstanın status almasını istəmir və bunun yeni narahatlığa səbəb olmasını istəyir, lakin onlar bu taktikada da birlik içərisində deyillər. Onların istəyi ölkədəki vəziyyəti destabilizasiyaya sürükləməkdir, bunun üçün ölkə daxilində resurslar görmürlər və xarici faktordan istifadə edirlər”- deyə Kadaqişvili açıqlayıb.