İrakli Çikovani - Siyasi partiyanın seçkilərdə ən azı 90 min səs toplamaq imkanı yoxdursa, o, partiya deyil, yaxın çevrədir
İrakli Çikovani - Siyasi partiyanın seçkilərdə ən azı 90 min səs toplamaq imkanı yoxdursa, o, partiya deyil, yaxın çevrədir

Parlament çoxluğunun üzvü İrakli Çikovani bildirib ki, beş faizlik seçki səddi çox yaxşı təcrübədir və ondan parlament respublikalarının mütləq əksəriyyəti istifadə edir.

İrakli Çikovaninin sözlərinə görə, seçki səddi ölkədə siyasi sabitliyin təmin edilməsi üçün vacibdir.

“Düşünürəm ki, bizdə yüksək seçki səddi yoxdur. Əgər siyasi partiyanın ictimaiyyətin dəstəyini qazanmaq imkanı yoxdursa və bu, ən azı 90 min səs daxilində ifadə edilərsə, o zaman bu siyasi partiya partiya deyil, yaxın çevrədir”, – deyə İrakli Çikovani bildirib.