Gürcüstanın müdafiə naziri diplomatik korpusun nümayəndələri ilə görüşlərini davam etdirir. İrakli Çikovani Rumıniya səfiri və müdafiə attaşesi ilə tanışlıq məqsədli görüş keçirib.
Nazir Razvan Rotundu və podpolkovnik Ovidiu Piskoçuya Rumıniya tərəfindən Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə, eləcə də NATO və Avropa İttifaqına inteqrasiyasına verdiyi dəstəyə görə təşəkkür edib.
Görüşdə Gürcüstan və Rumıniya arasında strateji tərəfdaşlığın əhəmiyyəti, müdafiə sahəsində uğurlu ikitərəfli əməkdaşlıq, Rumıniyanın NATO-Gürcüstan Əsas Paketinin (SNGP) həyata keçirilməsində rolu və fəal iştirakı xüsusilə vurğulanıb.
Tərəflər müxtəlif istiqamətlərdə, o cümlədən təlim və hərbi təhsil sahəsində mövcud sıx, ardıcıl əməkdaşlığın daha da dərinləşəcəyinə və rəngarəng xarakter alacağına ümidvar olduqlarını bildiriblər.
Məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayır.